Gürcüstan mətbuatı yayıb. Sərkisyan səfəri zamanı gürcü həmkarı Georgi Marqvelaşvili, Baş nazir İrakli Qaribaşvili və Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşəcək.
Hələlik erməni prezidentinin Tiflisə nə üçün gedəcəyi haqqında heç bir məlumat verilmir. İddiaya görə, Sərkisyan görüşlər zamanı İran qazının Gürcüstana Ermənistan vasitəsilə tranzit olunmasını istəyəcək.
Qeyd edək ki, bir müddət öncə Gürcüstan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 6-da Gürcüstana səfər edəcəyi ilə bağlı informasiya yaymışdı.
Bu gün Gürcüstanın Energetika naziri Kaxa Kaladze isə noyabrda İrana səfər edəcəyini və səfəri zamanı Tehrandan qaz alınması məsələsini müzakirə edəcəyini bildirmişdi. Kaxa Kaladzenin bu çıxışından öncə Gürcüstan mətbuatında İran qazının Gürcüstana Ermənistan vasitəsilə gələcəyi haqqında informasiya yayılıb.