Bu barədə müdafiə nazirliyi xəbər yayıb.
Ukrayna hökuməti bəyan edilib ki, əgər atəşkəs davam eləsə 2 gün ərzində ölkənin şərqindən ağır silahları geri çəkəcək.
Bu barədə Ukrayna müdafiə nazirliyi xəbər yayıb.
Ukraynanın müdafiə naziri Stepan Poltorak keçirdiyi mətbuat konfransında bu xəbərə aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiya, Ukrayna və ATƏT-in nümayəndələri tank və digər növ silahların sentyabrın 29-da təmas xəttindən çıxarılması barədə razılıq əldə ediblər. Separatçı Donetsk və Luqansk əyalətlərinin liderləri isə sentyabrın 30-da bu razılaşmaya imza atıblar.
Stepan Poltorak son bir ildə Ukraynada sayca dördüncü müdafiə naziridir. Ukrayna DİN Daxili Qoşunlarının sabiq komandanı, general-polkovnik S.Poltorak Ukrayna Milli Qvardiyasının komandanı olub.
Ukraynanın müdafiə naziri Stepan Poltorak.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 8 minə yaxın adam ölüb. Qərblə Kiyev Moskvanı separatçıları dəstəkləməkdə günahlandırır. Moskva isə öz növbəsində ittihamı rədd edir.
Avropa Birliyi
Məhz bu hadisələrlə əlaqədar Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Qərar Avropa Birliyi ölkələri səfirlərinin iclasında qəbul edilib. Söhbət məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasından gedir. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 150 nəfərə şamil edilir.
Ukrayna Rusiya sərhədi xəritədə.
ABŞ və digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir. Bunu öz "Twitter" səhifəsində Aİ sözçüsü Maja Kosijancic qeyd edib. Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.