DataLife Engine > medeniyyet > Alim Qasımov Norveç və İsveçrədə konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov Norveç və İsveçrədə konsert proqramı ilə çıxış edəcək


29-09-2015, 12:27. Разместил: adil Alim Qasımov Norveç və İsveçrədə konsert proqramı ilə çıxış edəcək Azərbaycanın xalq artisti, xanəndə Alim Qasımov Norveç və İsveçrədə konsert proqramı ilə çıxış edəcək.
Bu barədə xanəndənin mətbuat katibi Səadət Möhübova bildirib.
Onun sözlərinə görə, A.Qasımov oktyabrın 26-dan 30-dək Norveçdə qastrol səfərində olacaq.
S.Möhübova bildirib ki, Norveçdə baş tutacaq konsertdə xalq artisti Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə çıxış edəcək. Xanəndələr tar və kamançanın müşayiəti ilə oxuyacaq.
Növbəti qastrol səfəri isə noyabrın 4-dən 7-dək İsveçrəyə olacaq. Bu ölkənin Cenevrə şəhərindəki konsertdə Alim Qasımovu ansambl müşayiət edəcək.
Hər iki konsert proqramında Alim Qasımov və Fərqanə Qasımova Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarını və təsnifləri ifa edəcək.
Вернуться назад