DataLife Engine > idman > Messi 2 ay oynamayacaq

Messi 2 ay oynamayacaq


28-09-2015, 10:42. Разместил: adil Messi 2 ay oynamayacaq "Barselona"nın argentinalı hücumçusu Lionel Messi bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Realfakt.az komandanın saytına istinadən verdiyi xəbərə görə, İspaniya La Liqasının 6-cı turunda "Las Palmas"a qarşı oyunda zədə alan argentinalı tibbi müayinədən keçib.
Sol dizində problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, L.Messi "Las Palmas"a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub.
Вернуться назад