Şirkət məlumat yayıb.
“Microsoft Office 2016” yeni tətbiqlər paketini Azərbaycan istifadəçilərinin və şirkətlərin ixtiyarına verib.
Şirkətdən bildirilib ki, “Office 2016” əksəriyyətə tanış olan tətbiqlərin əvvəlki versiyalarının ən yaxşı keyfiyyətlərini və maksimal effektiv əməkdaşlıq üçün bir sıra faydalı funksiyaları birləşdirən son versiyasıdır.
“Son zamanlar insanların işə münasibəti əhəmiyyətli dərəcədə dəyişib. Bununla əlaqədar, “Microsoft” mobil və bulud texnologiyalarının ön plana keçdiyi müasir dünyanın tələblərinə cavab verməsi məqsədilə biznes proseslərini yenidən öyrənir”, - deyə “Microsoft” korporasiyasının prezidenti Satya Nadella bildirib.
“Windows” əməliyyat sistemində fəaliyyət göstərən fərdi kompyuterlərin “Office 2016” paketinə “Word”, “PowerPoint”, “Excel”, “Outlook”, “OneNote”, “Project”, “Visio” və “Access” kimi ofis proqramlarının ən yeni versiyaları daxil edilib (“Microsoft Office” və ya “Office 365” proqram təchizatlarından asılı olaraq). “Office” ənənəvi olaraq geniş populyarlıq qazanan əsas baza proqram məhsullarından biridir. “Office 2016” “Microsoft” tərəfindən ortaq fəaliyyət üçün yeni imkanlarla təqdim olunan ən son versiya proqramlar toplusudur.