Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin "Qarabağnamə" tamaşası ilə açacaq.
Xalq artisti İlham Əsgərovun qəfil vəfatı ilə əlaqədar olaraq, tamaşada dəyişiklik edilib.
Belə ki, İbrahim xan rolunun ifaçısı İlham Əsgərovun vəfatından sonra bu obrazı rolun digər ifaçısı əməkdar artist Kazım Abdullayev ifa edəcək.
Tamaşadan əvvəl teatrın bədii rəhbəri və baş rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti Azərpaşa Nemət yeni teatr mövcümünün açılışı ilə bağlı çıxış edəcək. Həmçinin, xalq artisti İlham Əsgərovun xatirəsi anılacaq.
Qısa rəsmi hissəsən sonra "Qarabağnamə" tamaşası nümayiş etdiriləcək.
Xatırladaq ki, "Qarabağnamə" tamaşası İlyas Əfəndiyevin "Hökmdar və qızı" əzəri əsasında yeni quruluşda hazırlanıb. Tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsəri Qarabağ xanlığından, Ağabəyim ağanın həyatından bəhs edir.