Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edib.
BAXAR.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib.
Ali Baş Komandan bildirib ki, qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir.
Qarabağ Azərbaycandır!